Finlandiya prezidentindən təbrik


Finlandiya prezidenti Sauli Niinistö Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Təbrikdə deyilir: "Zati-aliləri.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz".