“Fransa və İspaniyanı qaz boru kəməri birləşdirəcək“



Fransa və İspaniya iki ölkəni birləşdirəcək qaz boru kəməri layihəsini hazırlayacaq. Trend-in məlumatına görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib

“Biz müvafiq qurumlara yeni qaz boru kəmərləri, xüsusilə də Fransa və İspaniya arasında qaz boru kəmərlərinə dair işləməyə göstəriş verdik”, – Makron bildirib.

O, yeni qaz boru kəmərlərinin Fransa, İspaniya və Portuqaliyada olan kömür elektrik stansiyalarını əvəz edəcəyini əlavə edib.


MilliYol.Az
“Fransa və İspaniyanı qaz boru kəməri birləşdirəcək“ - Milliyol.az