Gəncə terrorunda hərbi göstəriş verənlərin kimliyi müəyyən edilib (RƏSMİ)

"Gəncə terroru Vətən Müharibəsində məğlub olan ermənilərin acizliyidir".

MilliYol.az xəbər verir ki, bunu Gəncədə jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, erməni tərəfi acizliyindən Gəncəyə raket zərbələri endirib.

"Bu işlərlə bağlı biz 3 cinayət işi başlamışıq və həmin bu hərbi-siyasi tapşırığı verən, icra edən şəxslər müəyyən olunublar. Onları beynəlxalq axtarışa vermişik. Gec-tez onların, məsuliyyətə cəlb edilməsinə nail olacağıq".

 

Gəncə terrorunda hərbi göstəriş verənlərin kimliyi müəyyən edilib (RƏSMİ) - Milliyol.az