Gəncənin icra başçısı sui-qəsd nəticəsində öldürülüb


Bu gün axşam saatlarında silahlı hücuma məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev xəstəxanada dünyasını dəyişib

Report xəbər verir ki, bu gün axşam saatlarında silahlı hücuma məruz qalan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev xəstəxanada dünyasını dəyişib.

1982-ci il təvəllüdlü, axtarışda olan Yunis Səfərovun açdığı atəş nəticəsində Elmar Vəliyevin mühafizəçisi həlak olub. E.Vəliyev isə başından və qarın nahiyəsindən ağır yaralanıb.

E.Vəliyev Gəncə Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

MilliYol.az
Gəncənin icra başçısı sui-qəsd nəticəsində öldürülüb - Milliyol.az