General Emin Şəkinski yeni vəzifəyə təyin edildi

Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub.

“Report”un xəbərinə görə, Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin bundan əvvəlki rəisi polis general-mayoru Ceyhun Həsənov olub. Keçən həftə C.Həsənov ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edilib.

MilliYol.Az
General Emin Şəkinski yeni vəzifəyə təyin edildi - Milliyol.az