General İqbal Babayevlə bağlı yayılan xəbər yalan çıxdı

Dünən Dövlət Təhlükəsizlik Xidmətinin Gömrük Komitəsinin bəzi idarələrində keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslər arasında məşhur general İqbal Babayevin də adı hallanır.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, generalın həbs edilməsi xəbəri həqiqəti əks etdirmir.

Hazırda onun iş başında olduğu bildirilir. Bir saat öncə o, "Facebook" hesabında paylaşım da edib.

General İqbal Babayevlə bağlı yayılan xəbər yalan çıxdı - Milliyol.az