Goranboyda 7 yaşlı uşağı maşın vurdu


Goranboy rayonunda azyaşlını avtomobil vurub

Rayonun Veyifli kənd sakini, 2011-ci il Ələkbərov Məlikməhəmməd Nazim oğlu yolu keçən zaman avtomobillə vurulub.

Avtomobilin sürücüsü uşağı xəstəxanaya çatdırıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(apa)
Goranboyda 7 yaşlı uşağı maşın vurdu - Milliyol.az