Goranboyda qadın intihara cəhd edib


O, yuyucu toz içərək özünü zəhərləyib

Goranboy rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun 1980-ci il təvəllüdlü Abbasqulular kənd sakini Ofelya Mirzəyeva hələ ki, bilinməyən səbəbdən yuyucu toz içərək özünü zəhərləyib.

Qadın xəstəxanaya yerləşdirilib və ona həkimlər tərəfindən tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.