Göygöldə avtomobil qəzası baş verib, xəsarət alanlar var  

Göygöl rayonunda xəsarətlə nəticələnən avtomobil qəzası baş verib

Hadisə rayonun Yeni Qızılca kəndində baş verib. İlkin məlumatlara görə, "VAZ-2107" markalı avtomobilə "VAZ-2109" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər - sürücü və qadın sərnişinlə onun övladı xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.(report)

Faktla bağlı araşdırma aparılır.

MilliYol.Az

Göygöldə avtomobil qəzası baş verib, xəsarət alanlar var - Milliyol.az