Gürcüstan-Rusiya sərhədində partlayış


Gürcüstan-Rusiya sərhədində partlayış baş verib

Virtualaz.org-un “Rustavi-2”yə istinadən məlumatına görə, partlayış Gürcüstan-Rusiya dövlət sərhədinin Dağıstan Respublikası hissəsində qeydə alınıb.

Gürcüstan Sərhəd Departamenti partlayışın 5-ci idarədə, qaz balonunun partlaması nəticəsində baş verdiyini bildirib. Məlumata görə, partlayış nəticəsində 1 sərhədçi ölüb, 4 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı araşdırma başlayıb.

MilliYol.Az