Gürcüstanın Azərbaycandakı ilk səfiri vəfat edib


Gürcüstanın Azərbaycanda ilk səfiri olmuş Giorgi Çanturiya uzun sürən xəstəlikdən sonra vəfat edib

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə G. Çanturiyanın qohumları bildirib.

G. Çanturiya 1957-ci ildə anadan olub. O, müxtəlif dövlət vəzifələrində çalışıb. 1992-1993-cü illərdə Azərbaycan, ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə və İsraildə diplomatik missiyalarda fəaliyyət göstərib.
 
1993-cü ildə Gürcüstan prezidentinin beynəxalq məsələlər üzrə müşaviri, 1994-1996-cı illərdə Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, 1996-cı ildən etibarən prezidentin xüsusi elçisi və Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti olub.
 
Son illərdə G. Çanturiyanın Azərbaycanda çalışdığı bildirilir.

MilliYol.Az
Gürcüstanın Azərbaycandakı ilk səfiri vəfat edib - Milliyol.az