“Gürcüstanın TANAP-ın açılışında qatılmaması ölkədaxili siyasi vəziyyətlə bağlıdır“


“Gürcüstanın TANAP layihəsinin rəsmi açılış mərasimində yüksək səviyyədə iştirak etməməsi ölkədəki daxili siyasi vəziyyətlə bağlı olub”

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri deyib.

O qeyd edib ki, rəsmi açılış mərasimində Gürcüstan prezidenti və ya baş nazirinin təmsil olunmaması ölkənin Azərbaycan və Türkiyə ilə münasibətlərinə heç bir təsir etməyəcək.

 MilliYol.Az
“Gürcüstanın TANAP-ın açılışında qatılmaması ölkədaxili siyasi vəziyyətlə bağlıdır“ - Milliyol.az