Hava şəraitində dəyişiklik gözlənilmir


Sentyabrın 21-də Bakı və Abşeron yarımadasında hava yağmursuz keçəcək

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq.
 
ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə  19-22° isti, gündüz  30-35° isti, Bakıda gecə  20-22°, gündüz  33-35° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  760  mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət  gecə 75-85 %, gündüz  40-45 % olacaq. 
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
 
Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə  15-20°, gündüz  31-36° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.

MilliYol.Az
Hava şəraitində dəyişiklik gözlənilmir - Milliyol.az