Hava yağmursuz keçəcək, duman olacaq


Oktyabrın 21-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq

Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.  
 
ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 11-15° isti, gündüz  18-22° isti, Bakıda gecə  13-15°, gündüz  19-21° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək.
 
Nisbi rütubət   gecə 75-85 %, gündüz 45-50 %  olacaq. 
 
Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 9-14°, gündüz 19-24° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.

MilliYol.Az
Hava yağmursuz keçəcək, duman olacaq - Milliyol.az