Hələbdə Əsəd qüvvələri ilə İran qruplaşması arasında toqquşma

Suriyada rejim qüvvələrinə sadiq Şebbiha milisləri ilə İranın nəzarətində olan şiə döyüşçülər arasında Hələbdə toqquşma baş verib

Türkiyə KİV-i xəbər verir ki, toqquşma zamanı ümumilikdə 85 nəfər ölüb, 110 nəfər yaralanıb.

Məlumatlara görə, Əsəd rejimi insidentə müdaxilə etməyib.

Azad Suriya Ordusunun birləşmələrindən sayılan “Ceyş-ul Mücahid”in sabiq sözçüsü Zəkəriyyə Mollahafçı toqquşmanı “İran və Rusiya arasındakı nüfuz mübarizəsi” kimi qiymətləndirib.(virtualaz.org)

MilliYol.Az

Hələbdə Əsəd qüvvələri ilə İran qruplaşması arasında toqquşma - Milliyol.az