Helikopter və gəmilər cəlb olundu, batan hər üç şəxsin cəsədi tapıldı (FOTO/VİDEO)

Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında iyulun 11-də axşam saatlarında nəzarətsiz ərazidə dənizdə batmış üç nəfərin - 2008-ci il təvəllüdlü Aslanov Amid Asif oğlu, 2009-cu il təvəllüdlü Aslanov Anar Asif oğlu və Ağayev Ağaşirin Ramin oğlunun cəsədi bu gün suda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə MilliYol.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 1 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub.

Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvəlləri də əməliyyatda iştirak edib.

Helikopter və gəmilər cəlb olundu, batan hər üç şəxsin cəsədi tapıldı (FOTO/VİDEO) - Milliyol.az