Hindistan ballistik raket sınağı keçirdi


Hindistan kiçik mənzilli Agni-I ballistik raketini uğurla sınaqdan keçirib

Axar.az xəbər verir ki, sınaq Orissa ştatının sahillərində olan Abdul Kalam adasında baş tutub.

Qeyd edək ki, Hindistan sonuncu dəfə bu raketin sınağını 2016-cı ilin iyununda keçirmişdi.

Agni-I raketi nüvə başlığı daşımağa qadirdir. Bu raket 2002-ci ildə yaradılıb və 700 kilometr məsafədəki hədəfləri məhv etmək gücündədir.
Hindistan ballistik raket sınağı keçirdi - Milliyol.az