“Hitrou“ hava limanında uçuşlar təhlükəsizliyə görə təxirə salınıb


Londonun "Hitrou" hava limanında təyyarə uçuşları təhlükəsizliyə görə dayandırılıb

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Aeroport nümayəndəsi reyslərin qısa müddətə təxirə salındığını bildirib. Hazırda hava limanında polis çalışır.

"The Sun" nəşri gecikmələrin minlərlə sərnişinə təsir etdiyini yazıb.

"Hitrou" aeroportunun saytı isə 9 reys üzrə uçuşların təxirə salındığını xəbər verib.

MilliYol.Az
“Hitrou“ hava limanında uçuşlar təhlükəsizliyə görə təxirə salınıb - Milliyol.az