İcbari tibbi sığorta üçün 224 milyon ayrılacaq

“Gələn ilin dövlət büdcəsində İcbari tibbi sığorta üçün 224 milyon manat ayrılması nəzərdə tutulub”

 

Bunu Milli Məclisdə Azərbaycanın 2019-cu ilin dövlət büdcə zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, 2019-cu ildə İcbari tibbi sığorta sisteminin bütün ölkə üzrə tətbiq olunması üçün yekun hazırlıq işləri həyata keçiriləcək.

“2020-ci ildən isə İcbari tibbi sığortanın tətbiqinə başlanacaq.

Buna baxmayaraq, icbari tibbi sığortanın həyata keçirilməsi üçün müəyyən vəsaitlərin xüsusi fondda toplanılması məsələsinə baxılacaq”. (muxalifet.az)

MilliYol.Az