İcra başçısı koronavirusa yoluxdu - İcra Hakimiyyəti karantinə alındı

Goranboyun icra başçısı Məhərrəm Quliyev koronavirusa yoluxub.

MilliYol.Az-ın Haqqın.az-a istinadən məlumatına görə, son günlərdə onunla ünsiyyətdə olanlar həkim nəzarətinə alınıb.

İcra başçısı özü isə xəstəxanaya yerləşdirilib. Təyin olunmuş prosedura əsasən, Goranboy İcra Hakimiyyəti karantinə alınıb.

İcra başçısı koronavirusa yoluxdu - İcra Hakimiyyəti karantinə alındı - Milliyol.az