İcra başçısı xanım müavinini və kassiri işdən qovdu


Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Arzu Məmmədova və icra hakimiyyətinin sektor müdiri – RİH-in baş mühasibi Gülnarə Bağırova vəzifəsindən azad edilib

MilliYol.Az Gununsesi.info-ya istinadən xəbər verir ki, işdən çıxarılan vəzifəli şəxslərin yerlərinə hələ ki, təyinat olmayıb. Sektor müdiri – RİH-in baş mühasibi vəzifəsini Ceyhun Abbasov əvəz edir.

Qeyd edək ki, A.Məmmədova RİH başçısının müavini vəzifəsinə 2014-cü ildə təyin olunub. O, bu vəzifəyə qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsində çalışıb.

MilliYol.Az
İcra başçısı xanım müavinini və kassiri işdən qovdu - Milliyol.az