İcra başçısının oğlu 1 milyon manata obyekt aldı


Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin oğlu 1 milyon manat dəyərində obyekt alıb

İcra başçısının oğlu Dəyanət Seyidəliyev paytaxtın Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki "Bellezza” gözəllik mərkəzini istifadəyə verib.

Bundan əlavə icra başçısının oğlu yeni yaşayış binasının 1və 2-ci mərtəbələrini əhatə edən gözəllik mərkəzinin təmirinə və oradakı avadanlıqlara yüz min manatlarla vəsait xərclədiyi bildirilir.

Qeyd edək ki, Dəyanət Seyidəliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında sədrin müşaviri vəzifəsində çalışır. (unikal.org)