İctimai nəqliyyatda gediş haqqı artırılır? - Tarif Şurasından açıqlama  

Hazırda Bakıda ictimai nəqliyyatda gediş haqqının dəyişdirilməsi məsələsi Tarif Şurasında müzakirə olunmur.

Bu barədə "APA-Economics"ə Azərbaycan İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən bəzi sərnişindaşıma şirkətlərinin gediş haqqının qaldırılması üçün Tarif Şurasına müraciət etdiyi ilə bağlı mətbuatda məlumat yayılıb.