İlham Əliyev Davosda yeni prezidentlə görüşəcək

Azərbaycan prezidenti İlham Əliyev Davosda isveçrəli həmkarı Doris Loythardla görüşəcək.

MilliYol.Az azvision.az-a istinadən xəbər veririk, görüş gələn həftə Ümumdünya İqtisadi Forum çərçivəsində baş tutacaq.

Qeyd edək ki, Loythard bu ilin dekabrında İsveçrə prezidenti seçilib və 2017-ci il yanvarın 1-dən başlayaraq prezident səlahiyyətlərini icra edir. O, artıq ikinci dəfədir ki, prezident seçilir.

Loythard 2010-cu ildə İsveçrəyə rəhbərlik edib.

Doris Loythard, həmçinin İsveçrənin ətraf mühit, nəqliyyat, energetika və rabitə naziridir. O,nazir kimi 2011-ci ildə Azərbaycana səfərə gəlib, Bakıda prezident İlham Əliyevlə görüşüb.

Loythard İlham Əliyevlə yanaşı Kolumbiya prezidenti Manuel Santos, Ukrayna prezidenti Pyotr Poroşenko və digər rəsmi şəxslərlə də görüşlər keçirəcək.

MilliYol.Az