İlham Əliyevdən iki təyinat (SƏRƏNCAM)

Prezident İlham Əliyev iki təyinat edib.

MilliYol.Az xəbər verir ki, dövlət başçısı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Anar Adil oğlu Quliyevin qurumun sədrinin I müavini, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar Aydın oğlu İsbatovun isə sədr müavini vəzifələrinə təyin edilməsi barədə sərəncamlar imzalayıb.

Bu barədə Komitə məlumat yayıb.

 

İlham Əliyevdən iki təyinat (SƏRƏNCAM) - Milliyol.az