“İlin ən yaxşı qolu”na 3 namizəd açıqlandı


İlin ən yaxşı qolu üçün verilən Ferens Puşkaş mükafatına son 3 namizədin adı müəyyənləşib

Qol.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, bunlar Olivye Jiru ("Arsenal"), Deyna Kastelyanos ( Venesuela U-17 qadın millisi) və Oskarine Masupukedır ("Baroka").

Qeyd edək ki, ən yaxşı qolun müəllifi FİFA-nın rəsmi saytında keçirilən səsvermənin nəticəsinə əsasən, müəyyənləşəcək. Qalibin adı oktyabrın 23-ü Londonda keçiriləcək mərasimdə açıqlanacaq.

Sözügedən mükafata namizəd qollara aşağıdakı linkdə baxa bilərsiniz.

MilliYol.Az
“İlin ən yaxşı qolu”na 3 namizəd açıqlandı - Milliyol.az