İran Milli Olimpiya Akademiyasının binasında partlayış –Üç nəfər ölüb


İranın paytaxtı Tehranda yerləşən “Enqelab” İdman Kompleksində partlayış baş verib

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində qazanxanada olan 3 işçi ölüb.

İnsident İran Milli Olimpiya Akademiyasının binasında baş verib. Partlayış binanın dağılmasına və ya yanğına səbəb olmayıb.  Hadisənin başvermə səbəbləri aydınlaşdırılır.

MilliYol.Az