İraqda iki türk hərbçisi həlak olub


İraqın şimalındakı Karineş bölgəsində iki türk hərbçisi həlak olub

Trend-in məlumatına görə, hərbçilər PKK terror təşkilatı ilə toqquşma nəticəsində ölüb.

Qeyd olunur ki, hazırda Karineş bölgəsində əməliyyatlar davam etdirilir.

Xatırladaq ki, Türkiyə ordusunun PKK terror təşkilatı ilə mübarizəsi 1984-cü ildən başlayıb. 30-ildən çox davam edən qarşıdurmada 40 mindən çox adam həlak olub.

MilliYol.Az
İraqda iki türk hərbçisi həlak olub - Milliyol.az