“İraqın parçalanması region üçün təhlükəli olacaq“


"İraqın Kürd muxtariyyətində müstəqillik haqqında referendumun keçirilməsi ölkənin parçalanmasına gətirib çıxara bilər, bu isə bütün regionda acınacaqlı nəticələrə səbəb olacaq"

Bunu Trend-ə Türkiyənin “Şarkiyat” elmi-tədqiqat mərkəzinin vitse-prezidenti Cahit Tuz deyib.

Onun sözlərinə görə, parçalanma təhlükəsi ilə təkcə İraq yox, regionun digər ölkələri də üz-üzədir.

Ekspertin fikrincə, Kürd muxtariyyətində referendumun keçirilməsi yanlış qərardır: “Bu referendum həm də regionun stabilliyi üçün təhlükə törədir”.

MilliYol.Az
“İraqın parçalanması region üçün təhlükəli olacaq“ - Milliyol.az