İraqın yeni prezidenti məlum olub

İraqın Nümayəndələr Şurasının (Parlament) deputatları Vətənpərvər Kürdüstan İttifaqından (VKİ) olan Bəhram Salehi respublikanın yeni prezidenti seçiblər

MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, parlamentdə keçirilən səsvermənin nəticələrinə görə, 165 deputat onun lehinə səs verib.

Səsvermədə 329 deputatdan 301 nəfəri iştirak edib. Səsvermənin birinci mərhələsində qalib müəyyənləşməmişdi.

MilliYol.Az