İşğaldan azad edilən əraziyə ezam olunmuş 2 polis ehtiyatsızlıqdan həlak oldu

Martın 13-də saat 3 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.

Bu barədə MilliYol.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti, 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib.

Araşdırma aparılır.

İşğaldan azad edilən əraziyə ezam olunmuş 2 polis ehtiyatsızlıqdan həlak oldu - Milliyol.az