İŞİD-in qərargahı və logistika mərkəzi dağıdıldı


İraqın hərbi-hava qüvvələri Suriyada İŞİD terror təşkilatının obyektlərinə zərbələr endirib

Trend-in məlumatına görə, F-16 qırıcıları terrorçuların idarəetmə qərargahını və logistika mərkəzini məhv edib.

Zərbələrin təfərrüatları barədə digər məlumatlar verilməyib.

Qeyd olunur ki, Suriya ilə razılaşdırılmış aviazərbələr terror təşkilatı tam zərərsizləşdirilənədək davam edəcək.
İŞİD-in qərargahı və logistika mərkəzi dağıdıldı - Milliyol.az