İspaniya yığmasının baş məşqçisi müəyyənləşdi


İspaniya millisinin yeni baş məşqçisi Luis Enrike olacaq

İspaniya Futbol Federasiyası təcrübəli çalışdırıcı ilə 2 illik müqavilə imzalayacaq.

Luis Enrike Avro-2020-nin sonuna qədər yığmanın başında olacaq.

Fernando Yerronun göndərilməsindən sonra Kike Sançes Flores, Miçel və Viktor Sançesin adı İspaniya millisi ilə hallanırdı.

Qeyd edək ki, İspaniya dünya çempionatında 1/8 finalda penalti zərbələri sonunda Rusiyaya məğlub olaraq, mübarizəni dayandırmışdı. (apasport.az)
İspaniya yığmasının baş məşqçisi müəyyənləşdi - Milliyol.az