“İsrailin Bəşər Əsədlə hər hansı problemi yoxdur”


“İsrailin Suriyanın prezidenti Bəşər Əsədlə hər hansı problemi yoxdur”

Milli.Az Sputniknews-a istinadla xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu söyləyib.

"Haaretz" qəzetində yayılan məlumata görə, İsrail mövcud razılaşmalar qüvvədə qaldığı müddətdə Suriyaya hərbi müdaxilə etməyəcək.