İstintaq təcridxanasında intihara cəhd olub


Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Gəncədə yerləşən 2 saylı İstintaq Təcridxanasında intihara cəhd olunub

APA-nın qərb bürosunun xəbərinə görə, orada saxlanılan 1983-cü il təvəllüdlü İsmayılov Anar Tahir oğlu özünü asıb.

A.İsmayılovun intihar cəhdindən xəbər tutanlar onu xilas edərək xəstəxanaya çatdırıblar.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.