İtkin düşən milyarder və xanımının cəsədləri tapılıb

Onların cəsədləri ördək gölünün yaxınlığında, 2 metr dərinliyə basdırılıb

Cütlüyün cəsədini xüsusi təlim görmüş itlər aşkarlayıblar. Cəsədlər autopsiya üçün hospitala göndərilib.

64 yaşlı biznesmen Alan Hoqq və 61 yaşlı taylandlı xanımı Nott 5 gündür ki, axtarışda idi.

Əslən Şotlandiyadan olan biznesmenin Taylanddakı evlərinin divarından qan ləkəsi tapılmışdı.

Cinayətlə bağlı araşdırmalar davam etdirilir. (milli.az)

MilliYol.az

İtkin düşən milyarder və xanımının cəsədləri tapılıb - Milliyol.az