İtkin düşən neftçalalı abituriyent tapıldı


İtkin düşən neftçalalı abituriyent tapılıb

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Bakıda qəbul imtahanında iştirak edəndən sonra itkin düşdüyü bildirilən Neftçala rayon sakini, 2000-ci il təvəllüdlü Əliyev İbrahim Yaşar oğlu evlərinə dönüb.

Onun atası Yaşar Əliyevin verdiyi məlumata görə, oğlu Bakıda dostlarının yanında olub, qəbul imtahanlarında az bal topladığı üçün evlərinə dönməyə utandığını bildirib.

 MilliYol.Az