Jurnalistlər üçün üçüncü binanın təhvil veriləcəyi tarix açıqlanıb




Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli jurnalistlər üçün tikilən üçüncü binanın istifadəyə veriləcəyi tarixi açıqlayıb

APA-nın xəbərinə görə, V.Səfərli bildirib ki, bina 2020-ci ildə təhvil veriləcək.

“Hazırda binada tikinti işləri sürətlə gedir. Binanın üçüncü mərtəbəsi tamamlanmaq üzrədir”, – deyə V.Səfərli qeyd edib.


MilliYol.Az
Jurnalistlər üçün üçüncü binanın təhvil veriləcəyi tarix açıqlanıb - Milliyol.az