Keçmiş polis rəisi faciəvi şəkildə öldü

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə dənizkənarı bulvar ərazisində qeydə alınıb.

"Chevrolet Camaro” markalı avtomobilin sürücüsü piyada Çingiz Alxasovu vurub.

Nəticədə o hadisə yerində vəfat edib.

Qeyd edək ki, Ç.Alxasov Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisi olub.

Faktla bağlı araşdırma aparılır.

Keçmiş polis rəisi faciəvi şəkildə öldü - Milliyol.az