Keniyada avtobus yük maşını ilə toqquşdu - 36 ölü, 18 yaralı


Keniyada avtobus yük maşını ilə toqquşub

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, ölkənin şimal-qərbindəki Nakuru-Eldoret magistralında baş verən hadisə nəticəsində 36 nəfər ölüb, 18 nəfər xəsarət alıb.

Keniya polisindən bildirilib ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.
Keniyada avtobus yük maşını ilə toqquşdu - 36 ölü, 18 yaralı - Milliyol.az