Konfrans Liqası: “Qarabağ”ın rəqibi bəlli oldu

“Qarabağ”ın Konfrans Liqasındakı növbəti rəqibi bəlli olub.

MilliYol.az-ın məlumatına görə, qitənin üçüncü dərəcəli klub turnirində mübarizəni davam etdirən Azərbaycanın vitse-çempionu pley-offda “Marsel”lə (Fransa) qarşılaşacaq.

Qurban Qurbanovun yetirmələrinin rəqibi bugünkü püşkatmada müəyyənləşib. Qrup mərhələsində ikinci olan “Qarabağ”ın Avropa Liqasından üçüncü yer sahibi olan rəqibi ilə ilk matçı səfərdə keçirəcək.

 

Konfrans Liqası: “Qarabağ”ın rəqibi bəlli oldu - Milliyol.az