Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib


Konstitusiya Məhkəməsi 11 aprel 2018-ci ildə keçirilmiş prezident seçkilərinin nəticəsini təsdiq edib

APA-nın məlumatına görə, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib.

Qərara əsasən, Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib.

Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 86,02 faiz səslə prezident seçkilərində qalib gəlib.

 
MilliYol.Az
Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib - Milliyol.az