Kosmosdan Bakının şəklini çəkdi (FOTO)

Roskosmos kosmonavtlar korpusunun komandiri Oleq Kononenko Beynəlxalq Kosmik Stansiyanın (BKS) göyərtəsində Bakının fotosunu çəkib.

MilliYol.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

TASS-ın xüsusi müxbiri olan kosmonavt şair Vladimir Mayakovskidən sitat gətirib:

"Bakı. Külək şəhəri. Bakı. Odlar şəhəri. Alovlu Balaxanı".

Bundan əvvəl astronavt Ankara, Nyu York və Qahirənin fotoşəkillərini paylaşmışdı.

Kosmosdan Bakının şəklini çəkdi (FOTO) - Milliyol.az