Külli miqdarda saxta dollar satan Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstanda külli miqdarda saxta 100 dollarlıq əskinaslar satan Azərbaycan vətəndaşı saxlanılıb

Bu barədə qonşu ölkənin Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan vətəndaşından 617 ədəd saxta 100 dollarlıq əskinaslar (61 700 dollar) müsadirə olunub.

Faktla bağlı istintaq davam etdirilir.

Azərbaycan vətəndaşını 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.(Report)

MilliYol.Az

Külli miqdarda saxta dollar satan Azərbaycan vətəndaşı saxlanılıb - Milliyol.az