Kürdə batmış 42 yaşlı Sabirabad sakininin cəsədi tapıldı


Ötən gün Kür çayının Sabirabad rayonunun Muğangəncəli kəndindən keçən hissəsində paltarları sahildən tapılmış kənd sakininin meyiti bu gün səhər batdığı ehtimal edilən yerdən 20 metr aralıda aşkarlanıb

Virtualaz.org-un Şirvan bürosu FHN-in saytına istinadən xəbər verir ki, 1976-cı il təvəllüdlü Hüseynov Asəf Ağaqulu oğlunun cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əlavə edək ki, kənd sakinləri Kürdə boğulmuş A.Hüseynovun içki aludəçisi olduğunu deyirlər.

MilliYol.Az