Küveytdə 62 mərtəbəli bank binasında yanğın

Küveytin paytaxtı Küveyt şəhərində inşa edilən Mərkəzi Bankın binasında yanğın baş verib

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, 62 mərtəbəli binada baş verən yanğın sakinlərin təşvişinə səbəb olub.

Yanğının söndürülüməsi üçün əraziyə 2 min 500 yanğınsöndürənin cəlb edildiyi, hadisə zamanı ölən, yaxud yaralananların olmadığı bildirilib.

Qeyd edək ki, sözügedən bina tamamlandıqdan sonra hündürlüyü 298 metrə çatacaq.

MilliYol.Az