Lavrov Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək


“Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın XİN rəhbəri Zoqrab Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək”

Bunu Rusiya XİN-in İnformasiya və mətbuat departamentinin direktoru Artyon Kojin bildirib.

Onun sözlərinə görə, tərəflər səfər çərçivəsində həmçinin ikitərəfli münasibətləri də müzakirə edəcəklər. Müzakirələr Mnatsakanyanın Moskvaya səfəri çərçivəsində baş tutacaq. (trend)