Leyla Əliyeva Əminəni belə təbrik etdi - FOTOLAR


Dünən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva üçün xüsusi günlərdən biri idi.

MilliYol.Az xəbər verir ki, xanım Əliyevanın övladlığa götürdüyü Əminənin doğum günü idi.

Leyla Əliyeva rəsmi instargram səhifəsində Əminəni belə təbrik edib:

"Mənim sevimli Əminəm, ad günün mübarək! Təbriklərə görə hamınıza təşəkkür edirəm! Bütün uşaqlara xoşbəxtlik, sağlamlıq və bol-bol sevinc arzulayıram!" 

MilliYol.Az