Liviyada hava limanına hücum olub –11 nəfər ölüb



Liviyada Mitiqa beynəlxalq hava limanına hücum zamanı 11 nəfər ölüb

MilliYol.Az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Tripoli sahə xəstəxanasının direktoru Abdeldayem Al-Rabti məlumat verib. O bildirib ki, hadisə nəticəsində 38 nəfər xəsarət alıb.

Aeroportun fəaliyyəti müvəqqəti dayandırılıb. Ərazidə olan məktəblərdə dərslər dayandırılıb.

 MilliYol.Az
Liviyada hava limanına hücum olub –11 nəfər ölüb - Milliyol.az