Los-Ancelesdə naməlum şəxs insanlara hücum etdi: yaralananlar var


ABŞ-ın Los-Anceles şəhərindəki parklardan birində əleyhqaz geymiş naməlum şəxs dəhrə ilə insanlara hücum edib

Report-un məlumatına görə, bu barədə "Sunday Express" şahidlərə istinadən xəbər verib.

Hadisə zamanı 8 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib.
Los-Ancelesdə naməlum şəxs insanlara hücum etdi: yaralananlar var - Milliyol.az